27 İyul 2024

İLK DƏFƏ! İmzalar atıldı, Türkiyə SONSUZ ENERJİYƏ sahib olur

İqlim hədəflərinə uyğun olaraq, ölkələrin təmiz enerji mənbələrinə marağı artır. Dünyada günəş və külək enerjisinə sərmayələr qoyulur, bununla yanaşı, dalğa enerjisi də son illər gündəmdə öz yerini tutub. 2017-ci ildə Türkiyənin Zonquldak şəhərində 25 ev təsərrüfatının enerji ehtiyacını qarşılamaq gücünə malik pilot dalğa elektrik stansiyası layihəsinə start verilmişdi.

Bu günlərdə isə İsrail şirkəti Eco Wave Power Global (EWP) və Ordu Enerji A.Ş. (OREN) Qara dəniz dalğalarından enerji istehsalına dair protokol imzalayıb.

Quraşdırılması nəzərdə tutulan elektrik stansiyası Türkiyədə bir ilk olmaqla yanaşı, həm də dünyanın ən böyük dalğa elektrik stansiyası olacaq.

İsrail səfirliyinin Twitter hesabında paylaşılan yazıda EWP ilə OREN Ordu Enerji arasında şəhərdə 77 meqavatlıq elektrik stansiyasının qurulması üçün müqavilə imzalandığı açıqlanıb. Mövzu ilə bağlı EWP şirkətindən verilən açıqlamada elektrik stansiyası layihəsinin dəyərinin təxminən 150 milyon dollar olduğu bildirilib.

raw_turkiyede-bir-ilk-zonguldaka.jpg (24 KB)

Ordu Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Hilmi Gülər ​​Türkiyənin dəniz dalğalarından elektrik enerjisi istehsal etmək üçün işə başladığını açıqlayıb: “Həmkarlarımız İsraildə görüşlər keçiriblər. Türkiyə-İsrail ortaqlığında dalğa enerjisi istehsalı üçün 150 milyon dollarlıq müqavilə imzaladıq. İnşallah Qara dəniz dalğalarından enerji istehsal edə biləcəyik. Dalğa enerjisi ekoloji cəhətdən təmiz enerjidir”.

Türkiyədə elektrik enerjisi istehsal edən stansiyaların sayı 2022-ci ilin noyabr ayının sonuna olan hesablamalara görə, (lisenziyasız elektrik stansiyaları da daxil olmaqla) 11 min 382-yə yüksəlib. Mövcud elektrik stansiyaları 750 su-elektrik, 68 kömür, 358 külək, 63 geotermal, 345 təbii qaz, 9308 günəş və 490 digər mənbəli elektrik stansiyalarından ibarətdir.

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2021-ci ildə Türkiyə elektrik enerjisinin 30,9 faizini kömürdən, 33,2 faizini təbii qazdan, 16,7 faizini hidravlik enerjidən, 9,4 faizini küləkdən, 4,2 faizini günəşdən, 3,2 faizini geotermal enerjidən, 2,4 faizini isə digər mənbələrdən alıb.

İsraillə imzalanmış razılaşma əsasında Türkiyə əhəmiyyətli bir addım atacaq. Alternativ enerji mənbələri arasında dalğa enerjisi xüsusi yer tutur. Bəs dalğa enerjisi nədir?

unnamed (1).jpg (47 KB)

Okeanlarda və dənizlərdə əmələ gələn dalğaların itələmə təsiri ilə enerji istehsalına dalğa enerjisi deyilir. Xüsusilə qeyri-məhdud, sonsuz və bərpa olunan enerji mənbəyi olduğu üçün mühüm potensiala malikdir.

Dəniz və okean dalğalarında enerji istehsalı dalğa enerjisi turbinlərinin qurulması ilə baş verir. Bu turbinlər dalğaların səthi hərəkətlərindən və dalğa təzyiqlərindən istifadə edərək enerji yaradır.

Dalğa enerjisi ishesal etmək üçün ən yaxşı yer kimi Qara dənizin cənub-qərb sahili tövsiyə olunur. Araşdırmada Qara dənizin 13 illik külək məlumatlarının 3-cü nəsil spektral dalğa modeli ilə təhlil edildiyi və dalğa enerji potensialının qərbdən şərqə doğru azaldığı bildirilir. Türkiyənin dalğa enerji potensialının ildə 140 milyard kilovat olduğu proqnozlaşdırılır.

Yesil_odak_Zonguldak_dalga_enerj.jpg (169 KB)

Bərpa olunan və davamlı enerji mənbəyi olan dalğa enerjisi ekoloji cəhətdən təmiz, innovativ və bir çox digər enerji mənbələrinə nisbətən dəyər baxımından daha üstündür. Bundan əlavə, okean və dəniz üzərində qurulduğu üçün kənd təsərrüfatı sahələrinin mühafizəsini təmin edir.

Bir nüansı da qeyd edək ki, dalğa enerjisi yalnız dəniz və ya okean yaxınlığında yerləşən ərazilərə xidmət edə bilər, böyük bir ölkənin bütün əhalisinə xidmət göstərməsi olduqca çətindir.

Dalğa enerjisindən istifadə edən ölkələrə Portuqaliya, İspaniya, İngiltərə, ABŞ, İsrail, Yunanıstan, İsveç və Qananı misal göstərə bilərik. Dünyanın ən böyük dalğa enerjisi isə 2,4 meqavat güclə və illik 120 giqavat enerji istehsalı ilə İngiltərədə hazırlanır.

Nigar Cəfərli