25 Aprel 2024

Ermənistana etiraz edən fəallar Xudafərində həbs edildi – FOTO

İyulun 7-də Xudafərin körpüsü yaxınlığında Araz çayı kənarına gedən 6 güneyli fəal İran sərhədçiləri tərəfindən həbs ediliblər.

Axar.az-ın xəbərinə görə, bu barədə güneyli fəallar məlumat veriblər.

Məlumata görə, fəallar Ermənistanın Araz çayını çirkləndirməsi, Arazkənarı bölgələrdə xərçəng xəstəliyinin yayılmasına etirazlarını bildirmək üçün çayın sahilində aksiya keçirmək niyyətində olublar.

Saxlanılan Mustafa Əvəzpur, Rəhim Sasani, Sədullah Sasani, Məhəmməd Mərdi, Məhəmməd Əlipur və Cəfər Novruzi adlı fəalların hara aparıldıqları barədə ailələrinə məlumat verilməyib.

axar.jpg (129 KB)