Ərdoğan açıqladı: seçkilərdən sonra ilk olaraq Azərbaycana səfər edəcək
Türkiyədəki prezident seçkilərinə iki gün qalmış bir qrup telekanala canlı müsahibə verən Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan çox inamlı danışıb.
Bildirib ki, durmaq yox, hədəflərə doğru irəli gedəcək, xalqa verdiyi vədləri yerinə yetirəcək. Cənab Ərdoğan jurnalistin seçimlərdən sonra ilk addımlarının nə olacağı barədə sualının cavabında bildirib ki, öncə ölkə daxilinə, zəlzələ bölgəsinə səfərlər edəcək. Ardınca bildirib ki, illər boyu olduğu kimi, Azərvaycana, Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək.
Media1.az xatırladır ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderini Azərbaycana dəvət etmişdi.