27 İyul 2024

Ekologiya idarəsinin sektor müdirinə ağır itki üz verib- BAŞSALIĞI

9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayevin ailəsinə ağır itki üz verib.

Bu barədə Media1. az- daxil olan məlumatda bildirilir ki, İsrafil Paşayevin böyük qardaşı İsgəndər bəy dünyasını dəyişib.

Onu da deyək ki, İsgəndər bəy AXC hökumətinin ilk müdafiə naziri, Qarabağın və Zəngəzurun qubernatoru olmuş Xosrov bəy Sultanovun və xalq qəhrəmanı laçınlı Sultan bəyin qardaşı İsgəndər bəyin nəvəsidir. İsgəndər bəy məhz baba adını daşıyırdı.64 yaşında dünyasını dəyişmiş İsgəndər bəyə Allahdan rəhmət diləyir, İsrafil bəyə, Rüstəm bəyə, Elçin bəyə, Laçın bəyə, o cümlədən hörmətli Paşayevlər ailəsinin hər bir üzvünə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Media1.az