19 Mart 2024

Britaniya səfirindən Novruz təbriki

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Novruz bayramı münasibətilə təbrik videosu yayımlayıb.

Media1.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində paylaşım edib.

“Nəhayət, bütün Novruz şirniyyatlarının dadına baxdım. Bəh bəh bəh! Novruz bayramınız mübarək!”, – deyə səfir qeyd edib.