27 İyul 2024

Böyük alim Həsən Əliyevin 115 illiyi Bərdə Kollecində qeyd edilib

Dekabrın 15 də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təbiət elminin patriarxı , böyük alim , akademik Həsən Əliyevin anadan olmasının 115 illiyi qeyd edilib

 Media1.az-ın xəbərinə görə, tədbirdə QHT nümayəndələri, jurnalistlər, habelə kollecin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik Həsən Əliyev haqqında video material nümayiş olunub. Kadrlar üzərində Ekoloji İnformasiya İctimai Birliyinin sədr müavini, aqrar elmlər üzrə fəlsəfə dotoru , Akademik Həsən Əliyevin elmi irsinin araşdırmaçısı Xosrov Musayev böyük alim haqqında geniş və əhatəli məlumat verib. Bildirib ki, Akademik Həsən Əliyev Azərbaycan xalqının yetişdirdiyi milli sərvətdir. Onun elmi araşdırmaları sayəsində kənd təssərrüfatında bir sıra yeniliklərə imza atılıb. Kənd təsərrüfatında sürətli iqtisadi artım qeydə alınıb. Bununla yanaşı Xosrov Musayev Akademik Həsən Əliyevin insani keyfiyyətləri barədə də danışıb. Qeyd edib ki, sadə və təvazökar alim insanlarla münasibət qurarkən mehriban olub. Təbiətə humanist hisslərlə yanaşıb. Təbii sərvətlərin bərpası və qorunması istiqamətində yorulmaz fəaliyyət göstərib.

Tədbir iştirakçısı jurnalist, Aran TV-nin direktoru Rafiq Hüseynov Akademik Həsən Əliyevlə bağlı xatirələrini bölüşüb.Bildirib ki, təsadüf nəticəsində böyük alimlə tanış olmaq şərəfinə nail olub. Həsən Əliyevi səmimi, sadə, təvazökar alim kimi şəxsi keyfiyyətlərə malik olduğunun  yaxından şahidi olub.

Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı Akademik Həsən Əliyevə həsr olunan tədbiri yüksək qiymətləndirib. Həsən Əliyevin elmi irsinin təbliği baxımından belə tədbirlərin davamlı olmasını arzulayıb.

Milli dəyərlərin qorunamsına ziyalıların dəstəyi İctimai Birliyinin sədri Aydın Zeynalov, ziyalı Əhliman Hümbətov da Həsən Əliyev irsinin təbliğini vacib hesab ediblər. Qeyd ediblər ki, gənc nəslin təbiətə münasibətində məsuliyyət hissi yaratmaq, ətraf mühitə sevgi aşılamaq üçün Akademik Həsən Əliyevin elmi fəaliyyəti təbliğ olunmalıdır.

Musa Muradlı – Media1.az