19 Mart 2024

Bərdədə veteran idmançılar “Petka” ləqəbli futbolçunun 75 illiyini qeyd ediblər

Bərdədə veteran idmançılar ” Petka” ləqəbli futbolçu İbrahim Cəmilovun 75 illiyini qeyd ediblər.

Media1.az-ın xəbərinə görə futbolçu ömrünün 75-ci ilini yaxın dostlarının əhatəsində qeyd edib.

Onu da qeyd edək ki, futbolçu keçmiş SSRİ-nin bir sıra futbol klublarında oynayıb.

Bərdə rayonunun “Pambıqçı” futbol komandasında bir sıra qələbələrin əldə olunmasına imza atıb.

Media1.az – Musa Muradlı