25 Aprel 2024

Bərdədə şəhid Rəhimli Elcan Ədalət oğlunun doğum günü qeyd olunub

Mərasimdə Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Ziya İsmayılzadə, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri İsmayıl Rüstəmov və və kənd ictimaiyyəti iştirak etmişlər.

Bərdə rayonu Alpout kəndindən olan Vətən müharibəsi şəhidi Rəhimli Elcan Ədalət oğlunun doğum günü münasibəti ilə şəhidimizin məzarı üzərinə tər gül dəstələri qoyularaq yad edilmişdir.

Uca Allahdan şəhidimizə rəhmət diləyirik!