27 İyul 2024

Bərdədə şəhid Fəxri Qəribzadənin anım günü keçirilib

Bu gün,yəni yanvarın 10-da Bərdə rayon Mədəniyyət Mərkəzində şəhid Fəxri Elmir oğlu Qəribzadənin ad günü qeyd olunub.

Qeyd edək ki,şəhid Fəxri Qəribzadə 10.01.1994-cü ildə Bərdə rayon Güloğlular kəndində anadan olub. 10 Yanvar 1994-cü ildə anadan olan 26 yaşlı Fəxri Qəribzadə 44 günlük vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid Fəxri Qəribzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə Suqovuşanın azad edilməsində iştirak edib.Oktyabrın 10-da Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Fəxri Qəribzadə ölümündən sonra “Vətən uğrunda” medalı, “Vətənə xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.Şəhid Fəxri Qəribzadə, həmçinin, “Suqovuşanın azad olunmasına görə” medalı ilə də təltif edlib.

Tədbirdə əvvəlcə şəhid Fəxri Qəribzadənin uyuduğu müqəddəs şəhidlər xiyabanı ziyarət olunub. Sonra Bərdə rayon Mədəniyyət Mərkəzində şəhid Fəxri Qəribzadənin anım günü mərasimi davam etdirilib.

Tədbir başlayarkən birinci Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayonu üzrə nümayəndəsi Fərid Hacıyev, “Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova, Millət vəkili Fatma xanım Yıldırımın köməkçisi Fuad Ağayev və başqaları çıxış edərək vətən uğrunda canından keçən şəhidlərin ruhuna ehtiramların bildiriblər.

Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 və 2 saylı uşaq musiqi məktəbləri şagirdlərinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib.

Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrının əməkdaşları Mehman Quliyev, Aqşin Hacızadə və Ətayə Musayevanın iştirakı ilə hazırlanan tamaşa iştirakçılar arasında maraqla qarşılanıb və həssas anlar yaşanıb.

Şəhid anası Mehparə Qəribzadəyə söz verilərkən O, kövrək və mətin nitq söyləyib. Şəhid anası oğlu Fəxri Qəribzadənin vətənə bağlılığından, sevgisindən danışıb. Şəhidlərin əbədiyaşar qalacağını vurğulayıb.

Sonda tədbir iştirakçıları şəhid valideyinlərilə xatırə şəkili çəkdiriblər.