Bərdə Regional Mədəniyyət İdarəsi Türkiyəyə yardım kampaniysına qoşulub
Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş insanlara yardım kampaniyasına Bərdə Regional Mədəniyyət İdarəsi də qoşulub.
Media1.az-ın xəbərinə görə humanitar yardım çərçivəsində isti paltarlar, istilik vasitələri, uzun müddət saxlanılması mümkün olan qidalar, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibbi və gigiyenik ləvazimatlar və digər zəruri əşyalar toplanılaraq təyin olunmuş məntəqəyə təhvil verilib.