20 İyul 2024

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində məzun günü olub

İyunun 20-də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində tələbələrin məzun günü təşkil edilib.

Media1.az-ın xəbərinə görə, tədbirdə kollecin tələbə və müəllimləri ilə yanaşı xeyli sayda qonaqlar da iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiram duruşu ilə yad edilib.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, fəlsəfə doktoru Xosrov Musayev giriş nitqi ilə çıxış edərək, məzun tələbələri təbrik edib.

Sonra söz qonaqlara verilib.

Məzun gününü Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin şəhər 4 saylı klubunun yaradıcı kollektivi müşayət edərək, iştirakçılara şən əhvali ruhiyyə bəxş ediblər.