20 İyul 2024

BAKIDA TÜRK DÜNYASI TƏHSİL SƏRGİSİ KEÇİRİLİB – FOTOLAR

İyunun 22-də “Ceo Fair” şirkətinin təşkilatçılığı ilə Bakıda növbəti Türk Dünyası Təhsil Sərgisi baş tutub.

“AzPolitika” xəbər verir ki, sərgidə yerli və xarici təhsil mərkəzlərinin direktorları, Milli Məclisin deputatları, Türkiyə universitetlərinin müəllimləri və digər qonaqlar iştirak ediblər. 

Türkiyənin bir sıra aparıcı universitetlərinin təmsil olunduğu sərgidə əsas məqsəd türk dünyasının perspektivli universitetlərini bir araya gətirmək və onlar arasında ikili əməkdaşlıqları gücləndirmək olub.

Sərgidə iştirak edən gənclər “İstanbul Kent”, “Fənərbaxça”, “İstanbul-Medipol” kimi məşhur universitetlər başda olmaqla, Türkiyənin bir sıra aparıcı təhsil ocaqları barədə onları maraqlandıran məsələlərlə bağlı qardaş ölkənin ali məktəb təmsilçilərindən ətraflı məlumat alıblar.Sərgi iştirakçılarına məşhur türk universitetlərinin qəbul qaydaları, təqaüd imkanları və digər məsələrlə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, sərginin sonunda lotereya çəkilişində iştirak edərək qalib olan 6 şəxsə müxtəlif dəyərli hədiyyələr təqdim olunub.