01 Mart 2024

Azərbaycanda qızılcaya yoluxanların sayı AÇIQLANDI – ŞOK RƏQƏM

Bu il Azərbaycanda 284 nəfər qızılcaya yoluxub.

Media1.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

“Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub”, – məlumatda vurğulanıb.