27 İyul 2024

Azərbaycan öz öhdəliklərinə hər zaman əməl edir

26 avqust – azad, abad Laçının Şəhəri Günüdür, qürur günüdür. Belə ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tviter səhifəsində (indiki “X” sosial şəbəkəsi) elan edib.

Azərbaycan tarixi ədaləti bərpa edərək, tarixi torpaqlarını işğaldan azad etmişdir. Ləyaqətlə vuruşaraq, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq  suveren hüquqlarını müdafiə etmişdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda  sürətlə böyük quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər  öz tarixi və əbədi evlərinə qayıdır. 

Azərbaycan öz öhdəliklərinə hər zaman əməl edir və Laçın şəhərinin ətrafından keçən yeni yolun inşasını vaxtında başa vurmaqla öz sözünün sahibi olduğunu bir daha göstərdi.Laçın dəhlizinə alternativ yolun Azərbaycandakı hissəsində işlər yekunlaşıb. Bununla da Rusiya sülhməramlıları Laçın şəhərindən və ətraf kəndlərdən çıxaraq alternativ marşruta dislokasiya edilirlər.

Həkəri çayının sahilində, Bulvar ərazisində Uşaq İncəsənət Festivalının yay düşərgəsində finala çıxmış şagirdlərin rəssamlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər üzrə əsərlərinin təqdimatları olub. Burada, həmçinin Laçın mətbəxindən nümunələr təqdim edilib, “Hünər meydanı”nda zorxana, pəhləvanlar və kəndirbazların çıxışları olub, qiraətçilər laçınlı şairlərin şeirlərini səsləndirdilər.Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev fəxrlə, qürur hissi ilə bu günün tarixi əhəmiyyətini qeyd edərək geniş nitq söylədi. Onun hər kəlməsi, düşmən üçün bir güllə, Qarabağ üçün yeni həyat kimi səslənirdi.

İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Təməli 2021-ci ildə qoyulan 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini