19 Mart 2024

Asim Abbasov “Milli Səs” yarışmasının qalibi oldu

Martın 14-də “Space” TV-nin təşkil etdiyi “Milli səs” musiqi yarışmasının finalı keçirilib. “Milli səs” musiqi yarışmasının qalibi istedadlı gənc müğənni Asim Abbasov seçilib. Asim Abbasov tamaşaçıların çox böyük dəstəyini qazanıb. Belə ki, o, SMS səsverməsində 66,66 faiz səslə yarışmada birinci yerə çıxıb. Asim Abbasov qalib olmaqla həm də birinci yerin sahibi üçün nəzərdə tutulmuş “Xəzər” avtomobilini də qazanmış olub.
Qeyd edək ki, Asim Abbasov “Milli səs” Musiqi yarışmasında 500 iddiaçı arasından seçilərək SMS-lə səsvermə mərhələsinə yüksəlmiş 18 gənc müğənnidən biridir. Bir neçə ay davam edən yarışmada daim ön yerlərə sahiblənib və nəhayət finala çıxıb. Finalda isə qələbəni əldə etməyi bacardı.
Asim Abbasov xalq musiqisi və bəstəkar mahnılarının, milli estradanın çox gözəl ifaçısıdır. Asim Məhəmməd oğlu Abbasov Kəlbəcər rayonunun Başlıbel kəndindəndir. “Milli səs” yarışmasına məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Bərdə rayonundan qatılmışdı.
Başlıbelin İnkişafın Dəstək İctimai Birliyi istedadlı müğənni Asim Abbasovu möhtəşəm qələbə münasibətilə təbrik edir.

Bashlibel.az