24 İyul 2024

Araik istefasının səbəblərini açıqladı: “Azərbaycan rəhbərliyi…”

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı terrorçu-separatçıların başçısı Araik Arutyunyan istefasının səbəblərini açıqlayıb.

Musavat.com Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Arutyunyan fikrincə, onun istefası regionda vəziyyətin sülh yolu ilə nizamlanması prosesinin intensivləşməsinə kömək etməlidir. Separatçı vurğulayıb ki, hazırda onun “Dağlıq Qarabağ”ın başında olması Azərbaycan rəhbərliyinin ciddi narazılığına səbəb olur və bu, danışıqların gedişində maneəyə çevrilir.

Separatçı onu da qeyd edib ki, son vaxtlar “Dağlıq Qarabağ sakinləri”nin yerli hakimiyyət orqanlarına inam səviyyəsi xeyli aşağı düşüb, ona görə də “dövlət institutlarının genişmiqyaslı yenilənməsi prosesinə başlamaq lazımdır”.

“Bu, son qərardır, mən son həftələrdə daxili və xarici aktorlarla, eləcə də geniş ictimaiyyətlə əlaqələrimi nəzərə alaraq bunu iki gün əvvəl vermişəm. Bu, yalnız məndə olan məlumatların təhlili əsasında qəbul edilmiş, balanslaşdırılmış qərarımdır”, deyə deyə Arutyunyan bildirib.

O, siyasi karyerasını davam etdirmək niyyətində olub-olmadığına dəqiqlik gətirməyib.