26 Fevral 2024

Ana Vətən Partiyasının təşkilatçılığı ilə tədbir keçirildi – Fotolar

30 İyun 2023 – cü il tarixdə Ana Vətən Partiyasının təşkilatçılığı, Yaşam Və Təbəssüm Xeyriyyə Komandasının maddi dəstəyi ilə Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində Qurban bayramı münasibətilə tədbir keçirilib.


Media1.az xəbər verir ki, Millət Vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının salamları və təbrikləri tədbir iştrakçılarına çatdırılıb. Tədbirdə Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri Günay Ağamalı, Yaşam Könüllü Xeyriyyə Komandasından Rauf Aslanov, Əfsanə Nərimanova, Təbəssüm Könüllü Xeyriyyə Komandasından Elsevər İsayev və digər gənclər iştrak ediblər.
Bayram tədbirində musiqili qonaqlar ahıllara xoş anlar yaşadıblar.
Günay Ağamalı ölkəmizdə ahılların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasından söz açıb. Dövlət başçımız Cənab İlham Əliyevin, birinci Vitse – Prezidentimiz Mehriban Xanım Əliyevanın böyük diqqət və qayğı ilə yanaşmalarını vurğulayıb. Ahıllarla keçirilən bu xoş günə görə Günay Ağamalı Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin rəhbəri Samirə xanım Mehtiyevaya təşəkkürünü bildirib.