27 İyul 2024

Ağstafada şəhid Ramiz Mustafayevin xatirəsi yad edilib

Ağstafada Vətən müharibəsi şəhidi Mustafayev Ramiz Bağman oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidimizin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər.

Tədbir zamanı şəhidimizin anası Mahnur Mustafayevaya Yeni Azərbaycan Partiyasının partiya üzvlük vəsiqəsi təqdim olunub.

Şəhid Ramiz Mustafayevin təltif edildiyi “Hərbi xidmətlərə görə” medalı isə oğluna təqdim edilib.