02 Mart 2024

Ağstafada ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının və Ağstafa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ağstafa şəhərində yerləşən Gənclik parkında ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, könüllülər, rayon Gənclər və İdman İdarəsinin, Qarayazı Dövlət Təbiət Qoruğunun və “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə 40 nəfərin iştirakı ilə 120 ədəd müxtəlif növ ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.