27 İyul 2024

Ağdamda dəmir yolu kompleksi və avtovağzal bu tarixdə hazır olacaq

Ağdamda dəmir yolu kompleksinin və avtovağzalın tikintisinin 2024-cü ilin sonunadək tamamlanması planlaşdırılır.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil edilmiş işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev “Xəzər Tikinti Həftəsi” çərçivəsində panel müzakirələrdə deyib.

Onun sözlərinə görə, 44 kilometrlik Bərdə-Ağdam yolunun tikintisi artıq yekun mərhələdədir.

“Ağdamın kəndlərində və yaşayış məhəllələrində torpaq işləri artıq başlayıb, tezliklə Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə başlanılacaq. Digər kəndlər layihələndirmə prosesindədir”, – B. Hacıyev deyib.