27 İyul 2024

Ağ Partiya qeydiyyata alındı- YENİLƏNİB

Ağ Partiya bu gün Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. 

Media1.az-a bu barədə partiyadan məlumat verilib. 

Partiyanın başqanı Tural Abbaslı açıqlamasında  aşağıdakıları bildirib:

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən düzəlişlər edərək Ədliyyə Nazirliyinə təqdim etdiyimiz məktuba bu gün səhər Ədliyyə Nazirliyindən rəsmi cavab məktubu göndərilib. Məktubda qeyd edilir ki, AĞ Partiyanın üzvlərinin reysterinin qanuna uyğunluğu yoxlanılmış və bu proses yekunlaşaraq partiyamız qeydə alınmışdır.  Bu münasibətlə bütün AĞ Partiyaçıları təbrik edirəm və bundan da böyük naliyyətlər arzu edirəm! Vətənimiz, xalqımız üçün xeyirli uğurlu olsun!”

Qeyri-rəsmi məlumata görə Haqq Ədalət Partiyası (sədri Əli İnsanov) və Vətəndaş Həmrəyliyi Partiyası (sədri Sabir Rüstəmxanlı) da qeydiyyata alınıb.