22 Noyabr 2024

Türkiyə şirkətləri Rusiyaya görə sanksiya ilə ÜZLƏŞDİ

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib. Sanksiyalar paketinə üç Çin şirkəti də daxildir.

Musavat.com xəbər verir ki, bu barədə “Euractiv” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu şirkətlər Rusiyaya texnologiyaların verilməsində ittiham olunurlar.

Bundan əlavə, ilk dəfə olaraq Rusiya hərbi-sənaye kompleksinə qadağan olunmuş texnologiyalara çıxış əldə etməyə kömək etdiyi iddia edilən Hindistan və Türkiyə şirkətlərinə qarşı da ticarət məhdudiyyətləri tətbiq edilib.

Yeni məhdudiyyətlər çərçivəsində KXDR-in müdafiə naziri Kan Sun Namın aktivləri Rusiyaya ballistik raketlərin tədarükünə görə dondurulacaq.