ABŞ-nin İraqdakı hərbi bazası atəşə tutulub
ABŞ-nin İraqın Anbar əyalətindəki Ayn-Əl-Əsəd bazasına hücum törədilib.
“Report” xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb.
Bildirilib ki, hərbi baza minaatan atəşinə tutulub. Məlumata əsasən, hərbi obyektin ərazisinə azı iki mərmi düşüb.
Dəymiş zərər və ya hücumu törədənin kimliyi hələlik açıqlanmayıb.