25 Dekabr 2024

İmirli (Əmirli) kənd məktəbi və pedaqoq Əhməd Məmmədov

 1948-1952-ci illərdə İ.Stalinin mənfur qərarı ilə Qərbi Azərbaycanın Dərələyəz, Göyçə, Vedibasar mahallarında Bərdə rayonuna deportasiya edilən əhali min bir əziyyətlə yerdə öz yaşayışlarını təmin edə bildilər. Şübhəsiz ki, ən vacib məsələ isə məhz orta məktəbin təşkil edilməsi idi. İmirli kəndində 1951-ci ilin sentaybr, oktaybr aylarından Şərur-Dərələyəz (Yexednadzor) mahalının Çivə kəndindən ilk köç gəlməyə başlayıb. İmirli kəndinin ərazisində köhnə Məscid, Künbəz və kəhrizlərin olması bu kəndə əvvələr yaşayışın olması təəssüratı yaradırmış. Sonradan nəhayət kənd qismən formalaşıb və 2 ildən sonra artıq, Dərələyəzin Sallı, Vedibasarın Hortun, Göyçə mahalının Mollalı (Alçalı) kəndlərinin bir hissəsi də artıq burada məskunlaşıblar. 1953-cü ildə İsa Vəkilovun təşəbbüsü ilə ilk ibtidai orta məktəb təşkil olunub. İlk ibtidai orta məktəbin şagirdələri Nəsib Calalov, Şölə Məmmədli, Yusif Calalov, Xanlar Quliyev, Roza Vəkilova, Pərzad Novruzova, Münəvvər xanım və.s olmuşdur. Bir neçə il İsa Vəkilov orta məktəbdə həm direktor həm də müəllim kimi çalışıb. Ailə vəziyyəti ilə bağlı Dərərləyəz mahalının Çivə kəndinə geri qayıdan İsa müəllim sonradan müəllimlik fəaliyyətini dayandırmalı olub. Nəhayət məktəb 1962-ci ilədək 8 illik orta məktəbə çevrilib. 1962-ci ildən isə görkəmli pedaqoq Əhməd Məmmədov

İmirli (Əmirli) kənd orta məktəbinə direktor təyin edilib. Əhməd Məmmədov İmirli kəndinə direktor təyin edilənə kimi o, on ildən artıq bir vaxt idi ki pedeqoji fəaliyyətlə məşğul olurdu. O, Bərdə rayonun Qaradəmirçi, Əyricə, Mollalı, Qarağacı, Boyəhmədli, Şahvəllər kəndlərində müəllim və direktor kimi böyük pedeqoji fəaliyyəti olmuşdur. O, eyni zamanda 1952-1957-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunda Azərbaycan dili və ədəbiyyat fakultəsində ali təhsil almışdır. Əhməd Məmmədovun müəllimlik fəaliyyətini araşdırdıqda onun gözəl pedeqoq olmaqla bərabər həm də böyük təşkilatçı olması üzə çıxır. Belə ki, o adıçəkilən məktəblərdə müəlimlik fəaliyyəti ilə bərabər dərs hissə müdiri, direktor vəzifələrini yerinə yetirməsi onun yüksək təşkilatçılıq bacarığından xəbər verir. Necə deyərlər ot kökü üstə bitər deyiblər atalar Əhməd Məmmədovun mənsub olduğu nəsilin şəcərə məlumatlarını araşdırdıqda onun istedadının dərin köklərə bağlı olduğunun şahidi oluruq. 1 fevral 1929-cu ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olan Əhməd Salman oğlu Məmmədov kəndinın ən böyük tayfası olan “Sud Həllac” nəslindəndir. Ulu babası Allahverdi Həllac Qarabağ xanın qohumudur. Allahverdi Həllac “Qazı” olduğuna görə sonradan Sud Həllac adı ilə çağrılıb. Babası Məhəmmədəlı Həllac (sovet dövrü Məmmədalı yazılıb) və atası Salman Həllac(ov) əkinçilik, maldarlıq və bağçılıqla məşğul olub. Atası Salman Həllac və əmisi Süleyman Həllac 1918-ci ildə Qafqaz İslam Ordusunun sıralarında döyüşüb. Süleyman Həllac Qaraməryəm yaxınlığında ağır yaralanıb və 3 gün sonra aldığı yaradan öz kəndində şəhid olub. Salman Həllac isə Bakıda, Lənkəranda, Qarabağda erməni-daşnak hərbi birliklərinə qarşı 1920-ci ilə kimi döyüşüb. Əhməd müəllimin anası Gülzar Həllacova

da Qarabağın tanınmış ziyalı nəslindəndir. Gülzar xanımın anası Ümülbanu Üzeyir Hacıbəyovla xala uşağıdır. Qarabağın məhşur təbiblərindən olan Mirzə Saleh Axundov, axund Molla Mehdi kimi ziyalılarla bir nəsildəndir. İmirli kənd orta məktəbi müxtəlif sahələrdə Azərbaycan ictimaətinə uğurlu simalar bəxş etdiyinə görə məktəbin yaradıcısı İsa Vəkilov və məktəbin tam orta məktəbə çevrilməsində xüsusi xidmətləri olmuş Əhməd Məmmədovun xatirəsini həmişə uca tutmalıdır. Hər iki ziyalının parlaq şəxsiyyətini ehtiramla yad edirik! Bu məqalə ilə bu il yetmiş yaşı olan İmirli (Əmirli) kənd orta məktəbinin tam orta məktəbə çevrilməsində müstəsna xidmətləri olmuş Əhməd Məmmədovun gələn il tamam olacaq 95 illik yubileyinə kiçik bir tövhədir.

Səməd Vəkilov