22 Dekabr 2024

Ermənilərin təxribatından sonra Şuşada vəziyyət necədir?

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyindən verilən məlumata görə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Ermənilər Qarabağda növbəti dəfə təxribata əl atıblar. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Baku TV-nin Şuşaya ezam olan əməkdaşının mövzu ilə bağlı danışdığı canlı yayımı təqdim edirik: