Putinin ənənəvi böyük mətbuat konfransı baş tutmayacaq
Bu il Rusiya Prezidenti Vladimir Putinin Yeni il ərəfəsində təşkil olunan ənənəvi böyük mətbuat konfransı baş tutmayacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“İstənilən halda ümid edirik ki, prezident mütəmadi olaraq, o cümlədən xarici səfərlərdə etdiyi kimi, jurnalistlərlə ünsiyyət imkanı tapacaq”, – Dmitri Peskov vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin hakimiyyətə gələndən sonra 17 dəfə böyük mətbuat konfransı keçirib.
Mənbə: Kommersant