22 İyun 2025

Zelenski Milli Təhlükəsizlik və Müdafiə şuralarını toplayır

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə şuralarının iclasını çağırıb.

Bu barədə şuranın mətbuat xidməti məlumat yayıb.

Yerli vaxtla 17:00-da toplanacaq şuranın gündəmində daxili və xarici təhdidlər milli təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər, iqtisadi vəziyyət və koronavirusla mübarizə məsələləri müzakirə olunacaq.

Həmçinin saat 18:30-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun brifinqinin keçiriləcəyi qeyd olunur.

Mənbə: Unian.net