23 Dekabr 2024

“Zəhər tuluğu” tammetrajlı bədii filimi Lənkəranda

“Zəhər tuluğu” tammetrajlı bədii filimi Lənkəran şəhər Mədəniyyət Mərkəzində nümayiş olundu.

Məlumat üçün bildirək ki, respublikanın Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Hüsniyyə Mrvətova, Rasim Cəfər və başqalarının da rol aldıqları bədii ekran işinin rejissoru  sevilən aktyor Taleh Yüzbaşov,  prodüseri isə Orxan Mərdandır. Ekran işinin süjeti filmin qəhrəmanı Adilin  qarşılaşdığı komik-dramatik həyat hadisələri üzərində qurulub. Adil rolunu rejissoru özünə götürübdür. Təqdimat mərasimində o, da iştirak edirdi.

Filimin nümayişdən əvvəl Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov gələn qonaqları, incəsənət ustasını salamlayıb və dedi: “Keçirilən tədbir Lənkəran Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsindəki şəhər və rayonlarda kino sənətinin inkişafını, bu sahə üzrə izahat  işinin təşkili, milli kinomuzun təbliği baxımından  böyük önəm daşıyır. “Zəhər tuluğu” filminin yerli tamaşaçılar üçün nümayişinə göstərdikləri dəstəyə görə filmin yaradıcı heyətinə öz minnətdarlığımı bildirirəm.”

Sevilən aktyor Taleh Yüzbəyov  da tamaşaçılar qarşısında çıxış etdi:  “Burada olmaq, film həvəskarları qarşısında çıxış etməkdən böyük məmnunluq hissi keçirirəm. Filmin Lənkəranda təqdim olunması üçün yaradılan şərait və səmimi münasibətə görə İdarənin rəhbərliyi və kollektivinə təşəkkür edirəm”.

Sonra “Zəhər tuluğu” filmin nümayişi   başlandı.  Gün ərzində iki seansla tamaşaçılara təqdim edilən film böyük maraqla izlənildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü