21 İyun 2025

Zəfər günü Bərdədə böyük coşqu ilə qeyd olunub

Noyabrın 8-də, yəni bu gün ölkəmizin hər yerində olduğu kimi Zəfər günü Bərdədə də böyük coşqu ilə qeyd olunub.

Media1.az xəbər verir ki, şəhərin baş meydanında “Zəfər bayramı” ilə bağlı bayram tədbiri təşkil olunub. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları , idarə,müəsisə, təşkilatların nümayəndələri bayram tədbirində iştirak ediblər.

Meydanda hərbçi və mülki şəhidlərin şəkilləri qaldırılıb.

Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev, millət vəkilləri Fatma Yıldırım, Zahid Oruc bayram iştirakçıları qarşısında çıxış ediblər.

Rəsmi çıxışlardan sonra bədii hissə ilə tədbir davam etdirilib.

Media1.az