23 Dekabr 2024

Yeni Azərbaycan Partiyası: Yeni hədəfləri ilə zirvələrə doğru

Yeni Azərbaycan Partiyası bizim üçün çox əziz, möhtəşəm və qüdrətli bir siyasi təşkillatdir. Təkcə Azərbayacanın ictimai-siyasi həyatında deyil, bütövlükdə reginoda və dünyada aparıcı nüfuza malikdir. Bu kimsəyə sirr deyil ki, YAP nə qədər çətin, mürəkkəb bir zamanda Azərbaycan xalqının istəyi və arzusu nəticəsində meydana gəlmişdir. Öz siralarına ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Böyük Azərbaycansevər Heydər Əliyevin parlaq idealarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolu gündən-günə daha da möhkəmləndirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. Doğma Partiyamız Azərbaycanın ictimai-siyasi həyatına qurucu partiya kimi daxil olmaqla həyatın bütün sahələrinə yeni ruh, yeni nəfəs gətirdi.

2021-ci il mart ayının 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisə olmuşdur. 

Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirdi. Bütövlükdə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyulmuş oldu. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran məqsədyönlü vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında çıxışında vurğuladığı kimi, son üç il ölkəmiz üçün bir çox məqamlarla

bağlı həlledici dövr olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Təbii ki, bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Azərbaycan bu Qələbəsi ilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu, son 30 ildə bu qədər qürurlu olmamışdı – 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Biz əldə etdiyimiz uğura görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycanın yenilməz, rəşadətli ordusuna borcluyuq.

Bu gün Azərbaycanda YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti məhz gənclərimizin bu yanaşma əsasında inkişafını özündə ehtiva edir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.

Heydər Əliyev illər öncə söyləyirdi  “Yeni Azərbaycan Partiyası – Dünənin, bu günün və gələcəyin partiyasıdır” sözləri hələdə uzun illər bundan sonra da öz ictimai aktuallığını qoruyub saxlayacaq. Çünki Yeni Azərbaycan Partiyası Azərbaycanın şərəfli keçmişinin, uğurlu bu gününün və parlaq gələcəyin müəllifidir.   

Siyəzən Rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Ramilə Seyidova