Yaqub Zurufçu dəfn olunub FOTO

Əməkdar artist Yaqub Zurufçu dəfn olunub.
Media1.az xəbər verir ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Y. Zurufçu 67 yaşında koronavirusdan vəfat edib.
***
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu ilə vida mərasimi keçirilir.
Media1.az xəbər verir ki, sənətçi son mənzilə 1 saylı Kliniki Tibbi Mərkəzdən yola salınır.
Əməkdar artistlə vidalaşmağa ailə üzvləri gəlib. Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak edir.
Qeyd edək ki, sənətçi Bakının “Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
O, Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında dəfn olunacaq.


