YAP iqtidar-xalq birliyinin real nümunəsidir
![](https://media1.az/wp-content/uploads/2022/03/273712007_1918515378350880_8502960808362850935_n-1024x1024.jpg)
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.
Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyamızın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini, Tahir Budaqovun partiya Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədovu isə partiya Sədrinin müavini təyin edilməsi YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərinin əsasının qoyulması və qarşıdakı dövrdə ardıcıl nailiyyətlərin əldə olunması baxımından xüsusi önəm daşıyır.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı orta məktəbin müəllimi
Vüsal Həsənov: