06 Fevral 2025

Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş bilik yarışması keçiriləcək-ANONS

 “Açıq dərs- Açıq fikir” layihəsi çərçivəsində Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş bilik yarışması keçiriləcək.

       04 aprel 2022-ci il saat 11.30-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası  Nizami rayonu, Y.Kovalyov adına 229 №-li tam orta məktəblə birgə “Açıq dərs- Açıq fikir” layihəsi çərçivəsində Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş “Tək inci” adlı tədbir keçirəcək.

Tədbirin keçirilməsində məqsəd gənc nəsildə milli mədəni irsə qayğı və mənəvi dəyərlərə ehtiram hissinin aşılanması, Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarının həyat və yaradıcılığının tanıdılmasıdır.

Media1.az