Xocavənddə 1 tona yaxın narkotik tərkibli bitki məhv edilib
2 min 352 ədədlik çətənə kolu yandırılıb
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə Media1.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, tədbir zamanı rayonun Binə kəndi ərazisində çəkisi 836 kiloqram olan 2 352 ədəd çətənə kolu yandırılaraq məhv edilib.