Xəzərdə Qum adası istiqamətində yanğın olub- FOTO- YENİLƏNİB

“SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir”.
Musavat.com xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
“Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”,-deyə İ. Əhmədov bildirib.
***
Bu gün axşamüstü Xəzər dənizində Bakı şəhəri yaxınlığında partlayışla müşayiət olunan yanğın baş verib.
Şəhər sakinləri bir neçə dəfə baş verən alovlu partlayışı videoya çəkiblər.
Bəzi mənbələr yanğının Qum adası yaxınlığında baş verdiyini bildirirlər. Hadisə ilə bağlı rəsmi məlumat yayılmayıb.
Musavat.com hadisə baş verən zaman çəkilən video və fotoları təqdim edir:

