Xerson uğrunda şiddətli döyüşlər başladı- SON DƏQİQƏ

Ukrayna Xerson uğrunda döyüşlərə başlayıb. Hazırda ərazidə ciddi gərginlik müşahidə edilir.
Media1.az xarici mediaya istinadən bildirir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədrinin müavini Oleksiy Matsuleviç məlumat yayıb. O bildirib ki, Ukrayna Xersonun müdafiəsi uğrunda hazırda da ciddi şəkildə döyüşür.
Məlumat üçün bildirək ki, Xerson vilayətinin yalnız bir hissəsi rus qoşunlarının nəzarətindədir.
Bu barədə Ukraynanın Teleqram kanalları məlumat yayıb. Məlumata görə Rusiya Xersondan fərqli olaraq Oleşkini tam olaraq nəzarətə götürüb.
Son məlumatlara görə Ukrayna ordusu Xerson vilayətinin Suxoy Stavok yaşayış məntəqəsini işğaldan azad edib.