Xarkovda Ukraynadan çıxmaq istəyən azərbaycanlıların qeydiyyatı başlayıb
Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu Vətənə geri dönmək istəyən vətəndaşlarımız üçün qeydiyyata başlayır.
Bu barədə “İki sahil”ə fəxri konsulluqdan məlumat verilib.
Bildirilib ki, Xarkov, Çerniqov, Sumı, Poltava, Zaporojye, Dnepropetrovsk vilayətlərində yaşayan və Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları qeydiyyatdan keçmək üçün fəxri konsulluğa müraciət edə bilərlər.