24 İyun 2025

Xarkov yaxınlığında rusların 488-ci motoatıcı alayı məhv edildi – RƏSMİ

Ukrayna Daxili İşlər Nazirliyi ölkədəki son durumla bağlı məlumat yayıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, nazirlik Xarkovun atəşə tutulmasının davam etdiyini bildirib.

“Çerniqovda vəziyyət gərgindir. Xarkov yaxınlığında rusların 488-ci motoatıcı alayı məhv edilib. Lakin şəhərin atəşə tutulması davam edir. Gecə saatlarında Ukraynanın cənubunda – İzmail, Yujnı, Kiliya, Belqorod-Dnestrovskidə hava hücumu olub”,- deyə məlumatda qeyd edilir.