23 Dekabr 2024

Xanım siyasətçi Fəqət Şadlinskaya yenidən YAP Bərdə rayon təşkilatının sədri seçilib

YAP Bərdə rayon təşkilatında yeni sədrin ərazi ilk partiya təşkilat sədrlərinə və partiya fəallarına təqdimatı keçirilib.

Onlayn formatda keçirilən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov partiyanın fəaliyyətinin yüksək səviyədə qurulması üçün həyata keçirilən işlərdən danışmış və YAP rayon təşkilatının sədri Fəqət Nəcəf qızı Şadlinskayanı partiyə üzvülərinə təqdim etmişdir.

Bildirmişdir ki, 28 yanvar 2022-ci il tarixdən YAP İdarə Heyətinin qərarı ilə Fəqət Şadlinkaya YAP Bərdə rayon təşkilatının sədri vəzifəsinə təyin edilib.

Daha sonra çıxış üçün söz verilən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinkaya Xalqımızın umummilli lideri Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan möhtəşəm qələbələr və zəfərlərdən söz açaraq, YAP Bərdə rayon təşkilatının 11 min nəfərdən çox üzvünün daim bütün siyasi kompaniyalarda öndə olmaq üçün göstərdikləri fəallığı xüsusi vurğulayıb.

Fəqət xanım Şadlinskaya ona göstərilən bu yüksək ehtimada görə YAP-ın Sədri cənab Prezident İlham Əliyevə öz minnətdarlığını bildirməklə bu etimadı doğrultmaq üçün var gücü ilə çalışacağına, ölkə Prezidenti cənab ilham Əliyevin siyasəti ətrafında daha sıx birləşəcəklərini partiya üzvləri adından ifadə edib.

Təbrik üçün çıxış edənlər YAP rayon təşkilatının Qarabağ “ASAN” Xidmət ərazi partiya təşkilat sədri İlahə Quliyeva, “Təzə məhlə” ərazi partiya təşkilat sədri Raqub Yunisov, Q.B.Zakir küçəsi ərazi partiya təşkilat sədri Tofiqə Məmmədova və Samux kənd ərazi partiya təşkilat sədrinin müavini Rəna Fərzəliyeva YAP Bərdə rayon təşkilatının sədri vəziəsinə təyin olunması münasibəti ilə Fəqət Şadlinskayanı təbrik edərək partiyanın işində ona uğurlar arzulayıblar.

Sonda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov partiyanın qarşısında duran tələb və vəzifələrdən danışaraq tapşırıqların verib.

Onu da qeyd edək ki, Fəqət xanım Şadlinskaya indiyə qədər Bərdə RİH Başçısının müavini vəzifəsində çalışıb.

Media1.az