Xaçmazda park və qəbiristanlıqlarda təmizlik işləri aparılıb

Xaçmaz rayonunda park və xiyabanlar, yol kənarları, eləcə də qəbiristanlıqlarda təmizlik işləri aparılıb.
“İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, ümumrayon iməciliyində idarə, təşkilat və müəssisələrinin kollektivləri və sakinlər aktiv iştirak ediblər.
Xaçmaz şəhər və Qaraqurdlu qəbiristanlıqlarında məzarlıqların ətrafında səliqə-sahman yaradılıb, vətəndaşların rahat hərəkəti üçün daxili yollara çınqıl tökülüb, ərazi otlardan və kol-kosdan təmizlənib.
İməcilik çərçivəsində magistral və kənd daxili yolların kənarında mövcud olan yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Sakinlərlə birlikdə təmizlik aksiyasında iştirak edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərlə söhbət zamanı qəbiristanlıqların təmiz saxlanılmasının, təmizlik aksiyalarını mütəmadi olaraq davam etdirilməsinin vacibliyini vurğulayıb.
Xaçmaz rayonunda analoji aksiyalar növbəti həftələrdə kənd və qəsəbələrdəki qəbiristanlıqlarda təşkil ediləcək.










