21 İyun 2025

Vilayət Eyvazov polis rəisinə yüksək vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Oxu.az-ın xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrlə polis polkovnik-leytenantı Fazil Zərbəliyev Sabunçu Rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini təyin edilib.

F.Zərbəliyev bu təyinata qədər 39-cu Polis Bölməsinin rəisi olub.

Media1.az