22 Noyabr 2024

Unun qiyməti qalxıb? – VİDEO

Ölkədə kifayət qədər taxıl və un ehtiyatı olsa da, Bərdədə unun qiyməti artıb. Bahalaşma həm topdan, həm də pərakəndə satış qiymətlərində müşahidə olunur. Son 3 gündə Bərdədə unun qiyməti təxminən 5-10 faiz bahalaşıb. Apardığımız müşahidələrə əsasən, 3 gün öncə ilə müqayisədə indi əla növ unun bir kisəsi 2 manat baha satılır.

Satıcılar bildirirlər ki, hazırda unun qiyməti 40 manatadır.

Onlar iddia edirlər ki, unun topdansatış mərkəzlərindən gətirilməsi çətinləşib.

Qeyd edək ki, bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. 50 kq-lıq bir kisə unun topdansatış qiyməti – 35,9 manat olaraq  açıqlanmışdı. İstehlakçılar un və çörək bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda Dövlət Xidmətinin 599-76-00 telefon nömrəsinə müraciət edə bilərlər.https://www.youtube.com/embed/iFtkn35i8-c