22 İyun 2025

Ukraynadan Azərbaycana qaçqın kimi müraciət edən olub? – AÇIQLAMA

Ukrayna- Rusiya müharibəsi nəticəsində vətəndaşlar oradan qaçırlar.

Bəs Azərbaycana qaçqın kimi müraciət edən Ukrayna vətəndaşı varmı?

Dövlət Miqrasiya Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən son hadisələrdən sonra qaçqın statusunun verilməsi ilə bağlı DMX-yə ölkə ərazisində olan üç Ukrayna vətəndaşı müraciət edib.