Ukraynadakı vəziyyətlə bağlı XİN və aidiyyəti diplomatik nümayəndəliklərin qaynar xətləri açıqlanıb
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi və hərbi obyektlərin yerləşdiyi ərazilərdən uzaq olmalarını tövsiyə edir.
Bu barədə XİN-dən bildirilib.
Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür.
Məlumat verildiyi kimi, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları Ukrayna ərazisini Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan və Rumıniya istiqamətlərində tərk edə bilərlər. Vətəndaşlarımız, həmçinin Rumıniya ərazisindən tranzit olaraq Bolqarıstan Respublikası ərazisi vasitəsilə Türkiyə Respublikasına, oradan isə Azərbaycana səfər edə bilərlər.
Yaranmış suallarla bağlı zəruri məlumatın verilməsi üçün Xarici İşlər Nazirliyi ilə aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlanıla bilər:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin qaynar xətləri:
Telefon: +994505748595
+994506725868
+994125969422
+994125969301
Elektron poçt: mkon3@mfa.gov.az
Eyni zamanda, aşağıdakı əlaqə vasitələri ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki aidiyyəti diplomatik missiyaları ilə əlaqə saxlanıla bilər:
Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi (Kiyev şəhəri):
Telefon: +380 73 5050000
Elektron poçt: kiev@mission.mfa.gov.az
Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğu:
Telefon: (+38057) 7000531
Elektron poçt: info.azconsulate@gmail.com
Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi:
Telefon: +373 781 81 361, +373 789 91 849, +373 222 32 277
Elektron poçt: chisinau@mission.mfa.gov.az
Azərbaycan Respublikasının Polşadakı Səfirliyi:
Telefon: +48 576 900 183, +48 22 718 30 70
Elektron poçt: consul_warsaw@mission.mfa.gov.az
Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi
Telefon: +36300901033 (telefonla zənglər üçün), +994552999012 (“WhatsApp” vasitəsilə zənglər üçün)
Elektron poçt: budapest@mission.mfa.gov.az
Azərbaycan Respublikasının Slovakiyada akkreditə olunmuş Səfirliyi
Telefon: +43 676 844 509 733
Elektron poçt: vienna@mission.mfa.gov.az
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi:
Telefon: +407 487 77744, +407 409 90079
Elektron poçt: bucharest@mission.mfa.gov
Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi:
Telefon: +359895002732
Elektron poçt: sofia@mission.mfa.gov.az
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi (Ankara şəhəri):
Telefon: +905550310007
Elektron poçt: ankara@mission.mfa.gov.az
Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğu
Telefon: +905441040111
Elektron poçt: istanbul@mission.mfa.gov.az