Ukraynada daha bir yüksək rütbəli rus zabiti öldürülüb – FOTO

Ukrayna mediası Rusiyanın daha bir yüksək rütbəli zabitinin öldürülməsi barədə məlumat yayıb. AzVision.azxəbər verir ki, saytlar öldürülən şəxsin batalyon komandiri olduğunu yazıblar.
Mordviçevin ölüm xəbəri yayıldı: 3 həftəyə 5 general öldürülüb”Ukraynaya qarşı döyüşlərdə iştirak edən Şərq hərbi dairəsinin 35-ci ordusunun 38-ci əlahiddə motoatıcı briqadasının silahlar üzrə motoatıcı batalyonunun komandiri Ruslan Petruxin ölüb. Bu arada ruslar işğalçının ölümünü “qəhrəmanlıq” nümunəsi kimi təqdim edirlər. Sosial şəbəkələrin rus seqmentində aparılan müzakirələrdə isə ordu mayorunun “Ukraynada keçirilən xüsusi əməliyyat zamanı qəhrəmancasına həlak olduğu” yazılır.