Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Orucov Rəşad Əliqulu oğlu Donetsk vilayəti istiqamətində həlak olub.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb.
O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi.
R. Orucov böyüdüyü vilayətdə dəfn olunub.