12 Mart 2025

Ukrayna ordusu Xersonda 46 yaşayış məntəqəsini azad etdi

“Xerson vilayətində 46 yaşayış məntəqəsi işğalçılardan azad edilib”.

 Media1.az Oxu.az-a istinadən məlumat verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Dmitri Butriy bəyan edib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş yaşayış məntəqələrinin əksəriyyəti regionun şimalında – Dnepropetrovsk vilayəti ilə sərhəddə yerləşir.

Daha bir neçə məntəqə isə cənubda Nikolayev vilayəti ilə sərhəddə azad edilib.

Butriyanın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə demək olar ki, 90% dağılmış kəndlər var və onlar davamlı atəşə tutulur. Bu səbəbdən vilayət rəhbəri sakinləri daha təhlükəsiz bölgələrə təxliyə olunmağa çağırıb.