23 Noyabr 2024

Ukrayna ordusu bütün istiqamətlərdə irəliləyir.

Media1.az xəbər verir ki, bu məlumatı Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.

Ukrayna lideri ABŞ-dan tədarük edilən silahların əhəmiyyətini vurğulayıb:

“Bu gün mən bu silahların ukraynalıların həyatını daha çox qoruyacağı, daha çox güc təmin edəcəyi ərazidə idim. Qələbəmizi yaxınlaşdırın, əsas olan budur. Bütün torpaqlarımız azad olacaq”.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Ukrayna qüvvələrinin Donetsk vilayətində daha bir yaşayış məntəqəsini Rusiya güclərindən geri aldığını açıqlayıb.

O bildirib ki, ötən həftə Rusiyanın işğalı altında olan Zaporojye bölgəsinin daha 17 kv km ərazisi geri alınıb və ümumilikdə Rusiyanın işğal etdiyi 130 kv km ərazi hazırda Ukraynanın nəzarəti altındadır.

Ukraynanın bütün istiqamətlərdə irəliləməsinin muzdlu hərbi qrup olan “Vaqner”in üsyanından sonraya təsadüf etməsi diqqət çəkir.