08 Sentyabr 2024

Türkiyədə növbəti zəlzələ

Türkiyədə növbəti yeraltı təkan qeydə alınıb.

Media1.az bildirir ki, AFAD-ın saytında yer alan məlumata görə, episentri Aralıq dənizi Antakya körfəzi olan 4,5 bal gücündə zəlzələ saat 05:26-da baş verib.

Samandağdan 3,25 kilometr aralıda baş verən zəlzələ 13,29 kilometr dərinlikdə qeydə alınıb. İtki və dağıntılarla bağlı hər hansı məlumat yoxdur.