23 Oktyabr 2024

Türkiyədə küçəyə Polad Həşimovun adı verildi FOTO

Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun xatirəsi əbədiləşdirilib.

Oxu.Az xəbər verir ki, Bursa Bələdiyyəsinin qərarı ilə şəhər küçələrindən birinə onun adı verilib.

Xatırladaq ki, general-mayor P.Həşimov ötən ilin iyul ayının 14-də Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub.